AZ

Ceyhun Bayramov Serbiya Baş naziri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Baş naziri Miloş Vuçeviç ilə görüşüb.

Apress.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Ceyhun Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma və sülh səylərindən də danışıb.

“Biz iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini və Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın platforma kimi rolunu bir daha vurğuladıq. Azərbaycan Serbiyanın Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı regional normallaşma prosesi ilə bağlı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirir”, – Ceyhun Bayramov sosial media hesabında qeyd edib.

Seçilən
23
4
apress.az

5Mənbələr