AZ

Moldova Dnestryanıda hərbi əməliyyat planı hazırlayır – RF Xarici Kəşfiyyat Xidməti

RF Xarici Kəşfiyyat Xidməti (SVR) Moldova hakimiyyətinin Dnestryanıda hərbi əməliyyat planı hazırlamaq niyyəti barədə məlumat əldə etdiyini bildirib.

Qurumun məlumatına görə, belə bir təkliflə ölkə prezidenti Maya Sandu qaz təchizatı ilə bağlı keçirilən müşavirədə çıxış edib. Orada Moldovanın baş naziri Dorin Recan Ukrayna ərazisindən Rusiya ilə qaz tədarükünə dair müqavilənin müddəti başa çatdıqdan sonra elektrik enerjisi ilə bağlı problemlər barədə xəbərdarlıq edib.

“Prezident baş nazir D.Recanın Moldovanın enerji təchizatı problemləri ilə bağlı məruzəsindən sonra “özünü itirib”… Sanduya görə, “Moskva bura qaz çatdırmağın yolunu tapmasa, Kişinyov rusiyayönlü Dnestryanıda qisas alacaq”, – SVR-nin mətbuat xidmətinin bəyanatında deyilir. Maya Sandu, nəşrdə göstərildiyi kimi, Dnestryanı rəhbərliyinə qarşı separatizmə görə cinayət işinin başlanmasına göstəriş verib. Xarici Kəşfiyyat Xidməti əlavə edib ki, Moldova prezidenti Moldova Dövlət Dairə Elektrik Stansiyasının zorla ələ keçirilməsinə hazırlaşmağı və Rusiya sülhməramlılarının məhv edilməsi üçün hərbi əməliyyat planının hazırlanmasını tələb edib. “Avropa İttifaqı, əlbəttə ki, Rusiyanın birbaşa maraqları zonasında yeni böhran nöqtəsinin yaranmasının əleyhinə olmazdı. Lakin Brüssel hələ buna hazır deyil”, – SVR mətbuat xidməti əlavə edib.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
14
editor.az

1Mənbələr