AZ

Tarixçi-alim: "İrəvana qayıdış..."

"Böyük güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüş ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, kütləvi qırğın, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı çox dəhşətli olub. Sovet dövründə azərbaycanlıların Ermənistandan köçürülməsi planlı və düşünülmüş şəkildə davam etdirilib. Bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənib və SSRİ-nin süqutuna qədər daimi tendensiya olaraq həyata keçirilib".

Mia.az-ın məlumatına görə, bu fikirləri Azərtac-a açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib.

Seçilən
14
mia.az

1Mənbələr