Yaponiyanın İvakunidəki ABŞ bazası üzərində səmada naməlum pilotsuz təyyarə görüntülənib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
İnsident nəticəsində səlahiyyətlilər eyniadlı hava limanının yerinə yetirdiyi bir neçə kommersiya reysini təxirə salıblar. Pilotsuz təyyarənin görünməsi ilə əlaqədar Tokio-İvakuni reysi yaxınlıqdakı Xirosima hava limanına yönləndirilib və oradan 3 saatlıq gecikmə ilə təyinat yerinə qalxıb.
Aviasiya hakimiyyət orqanları vəziyyətin normallaşması barədə hadisədən bir saat sonra – yerli vaxtla təxminən 20:00-da uçuş təhlükəsizliyinin müvafiq şərhdə rəsmi olaraq təsdiq edildiyi zaman xəbər verib.
//Samir Qurbanov, Editor.az