Bakı. Trend:
Gələcək planlarımızdan biri odur ki, universitet tələbələrinətəhsil kartları verildikdən sonra artıq kolleclər və peşəməktəblərində oxuyan tələbələrə kartlar verilsin.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundanməlumat verilib.
Qeyd edilib ki, hazırda 170 min tələbəyə vahid tələbə kartıverilib.
"1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti
4. Azərbaycan Texniki Universiteti
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Bakı Slavyan Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Mühəndislik Universiteti
10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11. Sumqayıt Dövlət Universiteti
12. Lənkəran Dövlət Universiteti
13. Gəncə Dövlət Universiteti
14. Azərbaycan Texnologiya Universiteti
15. Mingəçevir Dövlət Universiteti
16. Naxçıvan Dövlət Universiteti
17. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
18. Naxçıvan Müəllimlər İnstitutu
19. Türkiyə-Azərbaycan Universiteti
20. Azərbaycan Dövlət Aqrar Universiteti ilə vahid tələbəkartının verilməsi ilə bağlı müqavilə imzalanıb.
Elm və Təhsil Nazirliyinin tərkibində olmayan dövlətuniversitetləri tələbələrinə də kartların verilməsi prosesi davamedir.
Planımız odur ki, universitet tələbələrinə kartlar verildikdənsonra artıq kolleclər və peşə məktəblərində oxuyan tələbələrəkartlar verilsin. Bu proses bitdikdən sonra müəllimlər üçün təhsilkartları hazırlanması üçün müvafiq addımlar atılacaq", - deyəbildirilib.
Xatırladaq ki, yeni yaradılan tələbə kartları təhsilalanlarındərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusiimtiyazlar daşıyacaq.