AZ

"Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib

"Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib.

Fins.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib.

2024-cü ilin yanvarından bugünədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrdən keçirilməsi icra olunub.

Seçilən
3
9
fins.az

10Mənbələr