AZ

Beynəlxalq təşkilatlar Rüfət Səfərova qarşı ittihamların ləğvinə çağırış edib

"The Observatory” hüquq müdafiəçisi ilə bağlı kampaniyaya start verib

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) hüquq müdafiə təşkilatlarının hüquq müdafiəçilərinin qorunması üzrə birgə layihəsi olan "The Observatory” (İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib.

Təşkilat həmçinin Səfərova qarşı ittihamların ləğv edilərək sərbəst buraxılmasına çağırış edib.

"The Observatory” həmçinin Rüfət Səfərova qarşı təqiblərin dayandırılması ilə bağlı kampaniyaya start verib.

Təşkilat Azərbaycan hakimiyyətini Rüfət Səfərovun həbsdə olarkən fiziki və psixoloji toxunulmazlığına zəmanət verməyə, ona və ölkədəki bütün digər hüquq müdafiəçilərinə qarşı məhkəmə və digər formalarda təqiblərə son qoymağa çağırır.

"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

Növbəti gün, dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.

Rüfət Səfərov isə sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Həbsdə olan Rüfət Səfərov dekabrın 10-da Rüfət Səfərov ABŞ Dövlət Departamentinin mükafatını alıb.

ABŞ dövlət katibi Entoni Blinken İnsan Haqları Günü ilə bağlı mükafatların təqdimetmə mərasimində Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirib.
Seçilən
3
2
arqument.az

10Mənbələr