Ukrayna legionunun Polşada yaradılan və təlim keçən könüllü briqadasının birinci hissəsi Ukraynaya yola düşüb.
"Sherg.az" TheKyivİndependent-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasil Bodnar açıqlama verib.
Səfir konkret nə qədər əsgərin göndərildiyini açıqlamayıb.
Təşəbbüs Polşada və digər Aİ ölkələrində yaşayan ukraynalı kişiləri cəlb etməklə Ukrayna Silahlı Qüvvələrini gücləndirmək məqsədi daşıyır.
Bodnarın sözlərinə görə, ilk legionerlərin hazırlığı Ukrayna hərbi poliqonlarında davam etdiriləcək. Növbəti könüllülər qrupu ilə bağlı yanvarın 10-da Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalanması planlaşdırılır.