AZ

“Keşlə bazarı”nın söküntüsü dayandırılıb

Söküntü işləri gələn ilin fevralından başlayacaq

"Keşlə bazarı”nda söküntü işlərinə başlanılması 2025-ci ilin fevralın 1-nə qədər təxirə salınıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentlik tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur.

"Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən "Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

Qeyd olunur ki, bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınır.

Dekabrın 21-də "Keşlə” bazarınının çalışanları Meydan TV-yə bazarın fəaliyyətinin dayandırılmasına narazılıq ediblər.

phrase_var_article.chosen
0
49
arqument.az

10phrase_var_article.sources