AZ

Bu tələbələrə vahid tələbə kartı veriləcək - RƏSMİ AÇIQLAMA

Gələcək planlarımızdan biri odur ki, universitet tələbələrinə təhsil kartları verildikdən sonra artıq kolleclər və peşə məktəblərində oxuyan tələbələrə kartlar verilsin.

Bu barədə Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Qeyd edilib ki, hazırda 170 min tələbəyə vahid tələbə kartı verilib.

"1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti

4. Azərbaycan Texniki Universiteti

5. Azərbaycan Dövlət Pedaqoji Universiteti

6. Azərbaycan Memarlıq və İnşaat Universiteti

7. Bakı Slavyan Universiteti

8. Azərbaycan Dillər Universiteti

9. Bakı Mühəndislik Universiteti

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

11. Sumqayıt Dövlət Universiteti

12. Lənkəran Dövlət Universiteti

13. Gəncə Dövlət Universiteti

14. Azərbaycan Texnologiya Universiteti

15. Mingəçevir Dövlət Universiteti

16. Naxçıvan Dövlət Universiteti

17. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

18. Naxçıvan Müəllimlər İnstitutu

19. Türkiyə-Azərbaycan Universiteti

20. Azərbaycan Dövlət Aqrar Universiteti ilə vahid tələbə kartının verilməsi ilə bağlı müqavilə imzalanıb.

Elm və Təhsil Nazirliyinin tərkibində olmayan dövlət universitetləri tələbələrinə də kartların verilməsi prosesi davam edir.

Planımız odur ki, universitet tələbələrinə kartlar verildikdən sonra artıq kolleclər və peşə məktəblərində oxuyan tələbələrə kartlar verilsin. Bu proses bitdikdən sonra müəllimlər üçün təhsil kartları hazırlanması üçün müvafiq addımlar atılacaq", - deyə bildirilib.

Xatırladaq ki, yeni yaradılan tələbə kartları təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlar daşıyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
7
olaylar.az

9Mənbələr