AZ

Rusiya və Ukrayna arasında sülh danışıqları yenidən Türkiyədə baş tuta bilər

2022-ci ilin yazında olduğu kimi Rusiya və Ukrayna arasında sülh danışıqlarının Türkiyədə aparılması mümkündür.

Editor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi dialoqun bərpası üçün tərəfləri “konstruktiv və məsuliyyətli mövqe” tutmağa çağırır. “İstanbul bu prosesdə sülhpərvər platforma kimi təqdim edildi və beynəlxalq aləmdə böyük rəğbət qazandı. Təbii ki, ölkələrin İstanbulda yenidən bir araya gəlməsi mümkündür. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq həm humanitar məsələlərdə, həm də sülh danışıqlarının başlanması üçün hər cür dəstəyi verməyə hazırdır”, – deyə Fahrettin Altun EuroNews-a müsahibəsində bildirib.

Rusiya qoşunlarının Ukraynaya daxil olmasından az sonra təşkil edilən Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar ilkin olaraq Belarusda baş tutub. 2022-ci il martın 10-da ölkələrin xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba Antalyada, martın 29-da isə İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlara başlayıblar. Orada İstanbul razılaşmaları deyilən məsələlər müzakirə olundu, lakin mayda Ukrayna danışıqlar prosesindən çıxdı.

Rusiya prezidenti Vladimir Putin iyulda bildirib ki, Ukrayna ilə münaqişənin vasitəçilər vasitəsilə həlli mümkün deyil, çünki onların sülh sazişləri imzalamaq səlahiyyəti yoxdur. Eyni zamanda o qeyd edib ki, “məsələn, Rusiya İstanbulda danışıqlar prosesində cənab Ərdoğanın etdiyi vasitəçiliyi alqışlayır”.

Seçilən
14
editor.az

1Mənbələr