AZ

Paşinyan Köçəryan və Sarkisyanı debata çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı debata dəvət edib.

 

Senzor.az bildirir ki, N.Paşinyan bu barədə Facebook-da yazıb.

 

"Yaxşı ki, keçmiş prezidentlər Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı mənim postuma öz nümayəndələri vasitəsilə reaksiya veriblər. Ancaq mən nümayəndələrin arxasında gizlənmirəm, düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Mən keçmiş prezidentlərlə canlı diskussiya formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim postuma etiraz edən prezidentlərin cavabını gözləyirəm", - deyə baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Paşinyan vaxtaşırı bəyanatlarla çıxış edərək, bütün əvvəlki hakimiyyət orqanlarının keçmiş Dağlıq Qarabağla bağlı siyasətini tənqid edir. Ondan əvvəlki prezidentlər isə baş nazirin sözlərini təkzib edir və onu tarixi faktları təhrif etməkdə günahlandırırlar.

Seçilən
10
senzor.az

1Mənbələr