Son zamanlar binalarda və fərdi evlərdə partlayış baş verməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Təkcə dekabr ayında mənzillər və fərdi yaşayış evləri də daxil olmaqla Sumqayıt, Novxanı, Tovuz, Quba, Şəmkir, Xırdalan və Masallıda güclü partlayışlar qeydə alınıb.
Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Vüsalə Zahirova bildirir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar acı nəticələrə gətirib çıxarır. Bunun olmaması üçün isə qabaqlayıcı tədbirlər görülməlidir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı həmçinin bildirir ki, elektrik və qaz şəbəkəsindəki nasazlıqların aradan qaldırılması yalnız mütəxəssislərə həvalə olunmalıdır.
Unutmaq olmaz ki, qaydalara biganəlik həyata təhlükədir! Bu səbəbdən səhlənkarlıqlara yol vermək olmaz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.