"Nyukasl"ın üzvü Aleksandr İsak karyerasını Fransada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, isveçli forvardla PSJ yaxından maraqlanır. Bu barədə məlumatı "Fichajes" nəşri yayıb.

Paris təmsilçisi hücumçuya 100 milyon avro təklif edib.

Qeyd edək ki, 25 yaşındakı forvardın Premyer Liqa klubu ilə müqaviləsi 2028-ci ildə bitəcək.

İsak bu mövsüm 18 matçda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.