AZ

Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı

Almaniya Gürcüstanla 237 mln. avro dəyərində layihələri təəssüflə dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “X” hesabında yazıb.

Diplomat bildirib ki, yaşıl hidrogen, enerji şəbəkəsi və Batumidə su infrastrukturu layihələrinin maliyyələşdirilməsi dayandırılıb.

“Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək davam edir”, - P.Fişer qeyd edib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
9
1
teleqraf.com

2Mənbələr