ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milli səviyyədə rəsmi siyasət həyata keçirəcəyini vəd edib. Belə ki, ölkədə yalnız iki cins – kişi və qadın tanınacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp Arizonada Turning Point konfransında çıxışı zamanı danışıb.
“Tramp administrasiyası dövründə ABŞ hakimiyyətinin yalnız iki cinsin — kişi və qadınların mövcud olduğu rəsmi siyasəti olacaq. Bu o qədər də çətin səslənmir, elə deyilmi? – Tramp qeyd edib.
Qeyd edildiyi kimi, konfrans iştirakçıları gələcək prezidentin bəyanatlarına alqışlarla cavab veriblər.