Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın paytaxtı Belqradda NATO-nun 1999-cu ildə Yuqoslaviya Federativ Respublikasına hücumuna həsr olunmuş abidəni ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “X” hesabında qeyd edilib.
“Ürəyimizdə ağrı ilə 1999-cu il bombardmanlarının uşaq qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik və gül qoyduq. Mülki şəxslərə, xüsusilə uşaqlara qarşı təcavüz qəbuledilməzdir, bu dəhşətli cinayətləri törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir”, – paylaşımda bildirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta