İrəvan meri vergi ödəyicilərinə 20 min dollar qaytaracaq.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, İrəvan meri televiziyada qalmaqaldan sonra vergi ödəyicilərinə 20 min dollar qaytaracaq.
İrəvanın keçmiş meri Hayk Marutyanla müzakirədən və sonrakı qalmaqaldan sonra İrəvan meri Avinyan vergi ödəyicilərinin pullarını büdcəyə qaytarmaq qərarına gəlib.
Merin başçılıq etdiyi nümayəndə heyəti noyabrın son həftəsini ABŞ-dƏ keçirib. Doqquz nəfərdən yalnız Avinyan 20 min dollara biznes klassda uçub.
Xuraman Etibarlı
İnterpress.az