AZ

Rutte: Bəzi üzvlər müdafiəyə daha çox pul xərcləməlidir

Rutte: Bəzi üzvlər müdafiəyə daha çox pul xərcləməlidir

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın daha çox müdafiə xərclərini artırmaq üçün təzyiq edə biləcəyini ifadə edərək, "Tramp bunu etməkdə haqlıdır. Biz daha çox iş görməliyik" deyib.Almaniya Xəbər Agentliyinə (DPA) verdiyi açıqlamada Rutte Almaniya kimi bəzi NATO üzvlərinin müdafiə xərclərinin nisbətən aşağı olması ilə bağlı müzakirələrə toxunub.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəzi NATO üzvlərinə müdafiəyə daha çox xərcləmələri üçün təzyiq göstərməsini gözlədiyinə diqqət çəkən Rutte, "Tramp bizdən daha çox şey istəyəcək və bunu etməkdə haqlıdır. Daha çox iş görməliyik" deyib.Rutte hazırda Rusiyanın ittifaq ərazisinə hücum təhlükəsini görmədiyini, lakin gələcək üçün narahat olduğunu vurğulayaraq, “Müdafiə xərclərimizi artırmasaq, 4-5 ildən sonra ciddi problemimiz olacaq. İndi qorxmaq lazım deyil, amma mən uzunmüddətli perspektivdə narahatam” qeyd edib.Rutte müdafiə sənayesini gücləndirmək və istehsalı genişləndirmək lazım olduğunu da vurğulayıb.

Seçilən
8
afn.az

1Mənbələr