AZ

"MY SHOPS MMC" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA

MY SHOPS MMC

Biznes inkişaf meneceri

Son tarix 23 yan 2025 - [email protected]

Əsas vəzifələr və məsuliyyətlər

  • Satış planının yerinə yetirilməsi;
  • Kateqoriya daxilində məhsul çeşidinin sifarişi və tərtib edilməsi;
  • Qiymətlərin təyin edilməsi;
  • Təchizatçı bazasının genişləndirilməsi, məhsul qruplarının axtarılması;
  • Müştəri bazasının genişləndirilməsi, yeni müştərilərin axtarılması və cəlb edilməsi;
  • Soyuq zənglər, təqdimatların keçirilməsi;
  • Etirazlarla işləmək bacarığı;
  • Uzunmüddətli müqavilələrin bağlanması;
  • Bazarın analizi, rəqib təkliflərinin qiymətləndirilməsi;
  • Bazarın analizi, təchizatçı təkliflərinin qiymətləndirilməsi;
  • Hesabatlıq, işin planlaşdırılması və analiz edilməsi;
  • Məhsul qəbulunda və emalında kömək - doğru nomenklaturanın və nomenklatura qruplarının təqdim edilməsi;
  • Kateqoriyanın doğru şəkildə vitrinlərdə və onlayn platformalarda yerləşdirilməsi;
  • Planogramlarla və "gri zona" ilə iş (yerləşdirmə yerləri);
  • Müəyyən edilmiş tapşırıqları vaxtında yerinə yetirmək və hesabat təqdim etmək.

Tələblər:

  • Müəyyən kateqoriyada iş təcrübəsi;
  • Təchizatçılar və müştərilərlə iş təcrübəsi (1 ildən az olmamalıdır);
  • Satış texnikalarını bilmək, danışıqlar aparmaq və müqavilələr bağlamaq bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili - üstünlük təşkil edir;
  • Qazanc əldə etmək istəyi;
  • İnkişaf etmiş ünsiyyət bacarıqları;
  • Təqdimatlar keçirmək / düzgün nitq;
  • Enerjili, cəsarətli və pozitiv yanaşma;
  • Stresə davamlılıq;
  • Nizam-intizamlılıq;
  • Excel və 1C bilikləri.

Əmək haqqı: 1500-2000 man

İş qrafiki: I-V günlər (10:00-19:00); İstirahət günləri: şənbə və bazar.

İş yeri: Çinar Plaza, H.Əliyev pr.152

Uyğun namizədlər CV fomalarını qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində VAKANSİYA ADINI qeyd edərək göndərə bilərlər.

Seçilən
7
fed.az

1Mənbələr