AZ

"Audi"nin Brüssel fabrikinin işçiləri nümayiş keçirib

"Audi"nin Brüssel fabrikinin işçiləri nümayiş keçirib

"Audi"nin tezliklə bağlanacaq Brüssel fabrikinin işçiləri rəhbərliyin həmkarlar ittifaqı ilə danışıqlar aparmaq əvəzinə işçilərə birbaşa təzminat təklif etmək cəhdinə etiraz ediblər.Belçikada həmkarlar ittifaqlarının çağırışı ilə "Audi"nin Brüssel fabrikində çalışan yüzlərlə insan obyektin qarşısına toplaşıb. İşçilər fevralın sonunda bağlanacağı gözlənilən fabrik rəhbərliyinin işçilərə daha çox təminat verməsini istəyiriblər.Etirazçılar "Audi" rəhbərliyinin həmkarlar ittifaqı nümayəndələri vasitəsilə deyil, birbaşa işçilərə təklif vermək qərarını tənqid ediblər.İyul ayında "Audi" markası lüks seqmentli elektrik avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min nəfərin çalışdığı Brüssel fabrikini tələbatın azalması səbəbindən yenidən quracağını və bu modellərin istehsalına Meksikada davam edəcəyini açıqlamışdı."Audi" rəhbərliyi sentyabrın əvvəlində Brüsseldəki fabrikə "Volkswagen" qrupu tərəfindən istehsal üçün heç bir modelin ayrılmadığını elan etmişdi. Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat etmişdi. İşçilər hələ işə qayıtmamış və tamamlanan avtomobillərin açarlarını müsadirə etmişdilər."Audi" də Brüssel fabriki üçün yeni investorlar axtarmağa başlamışdı. Bu proses zamanı 20-dən çox investorla əlaqə saxlanılsa da, uyğun alıcı tapmaq mümkün olmayıb.Bağlanacağı gözlənilən fabrikin rəhbərliyi və həmkarlar ittifaqı nümayəndələri işçilər üçün sosial plan danışıqları ilə bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən "Audi" rəhbərliyi həmkarlar ittifaqı nümayəndələrinin əvəzinə birbaşa işçilərə təklif vermək qərarına gəlib.Bu çərçivədə qanuni işdən çıxma pulu ilə yanaşı, "Audi" işçilərə iş stajından asılı olaraq mükafatlar verməyi planlaşdırır.Həmkarlar ittifaqları "Audi" rəhbərliyinin işçilərə birbaşa təklif etməsinə qarşı çıxır.

Seçilən
17
1
afn.az

2Mənbələr