AZ

Makron hökumətin yeni tərkibini təsdiqlədi

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi axşam yeni hökumətini açıqlayıb.

Yeni kabinet, ilin dördüncü baş naziri olan Fransua Bayru rəhbərliyində formalaşdırılıb və ikinci ən böyük AB iqtisadiyyatını siyasi böhrandan çıxarmağı hədəfləyir.

Milli.Az xəbər verir ki, sabiq baş nazir Elisabeth Born yeni kabinetdə təhsil naziri olaraq təyin edilib.

Digər bir keçmiş baş nazir Manuel Valls xarici ərazilər üzrə nazir vəzifəsinə geri dönüb, sabiq daxili işlər naziri Gerald Darmanin isə ədliyyə naziri olub.

Müdafiə naziri Sebastien Lekornu və xarici işlər naziri Jan-Noel Barrot öz vəzifələrini qoruyub saxlayıblar.

Konservativ daxili işlər naziri Bruno Retaylo, qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görəcəyini vəd edən siyasətçi olaraq vəzifəsində qalıb.

Gələn ilin büdcə planını hazırlamaq vəzifəsi isə yeni iqtisadiyyat naziri Erik Lombarda tapşırılıb.

İki keçmiş baş nazirin hökumətə daxil edilməsi, Makronun sabitlik əldə etmək və əvvəlki baş nazir Mişel Barnierin taleyini yaşamayacaq daha güclü bir hökumət qurmaq istədiyini göstərir.

73 yaşlı Bayrunun prioritetləri hökumətinin etimadsızlıq səsverməsindən keçməsini təmin etmək və 2025-ci il üçün xərcləri azaltmağı nəzərdə tutan büdcə qəbul etdirməkdir.

Milli.Az
 

Seçilən
11
1
milli.az

2Mənbələr