Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.
Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “X” hesabında bildirib.
“Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq”, – Peter Fişer yazıb.
Onun sözlərinə görə, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib.