AZ

Bakıda 2019-cu ildən yoxa çıxan qadının evindən çürümüş meyiti tapıldı – VİDEO

Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsində yerləşən 29 saylı binanın 2-ci mərtəbəsindəki mənzillərdən birində çürüməyə məruz qalan meyit aşkarlanıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, cəsəd 1932-ci il təvəllüdlü Tatyana Fyodrovnaya aiddir.

Maraqlısı isə budur ki, kimsəsiz olduğu deyilən qadının oğlu olduğunu iddia edən şəxs evin ona aid olduğunu göstərən sənədlərlə birlikdə aidiyyəti quruma müraciət edib. Qurum illərdir bağlı olan qapını açdıqda cəsədi aşkarlayıb. Sakinlərin sözlərinə görə, qadından 5 ilə yaxındır xəbər ala bilməyiblər.

“2019-cu ildən bəri yox idi, morqa qədər getdik, tapılmadı. Dünən dedilər ki, evdə ölüb. İndi də Ukraynadan oğlu çıxdı ortaya. O heç evlənməyib”, – deyə mərhumun qonşusu bildirib.

Ətraflı Baku TV-nin süjetində:

 

Seçilən
6
10
konkret.az

10Mənbələr