Hyustonda eniş edən iki yüngül təyyarə bir-birinə çırpılıb.
Bu barədə The Sun yazır.
Aydınlaşdırılır ki, elektrik nasazlığı səbəbindən bir təyyarə təcili eniş etməli olub.
Toqquşma nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl pilotlar dekabrın 17-də Kamaka Air təlim təyyarəsinə nəzarəti itirərək Honolulu hava limanı (Havay) yaxınlığındakı dayanacaq binasına çırpılıblar.
DOĞRU.AZ