Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilib. Əməliyyatla bağlı yeni detallar məlum olub.
Missiya.Az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Qeyd edək ki, Səidə Rüstəmovanın adı son günlərdə saxta sertifikat məsələsində hallanırdı.