Dekabrın 23-də səhər saatlarında Komor adaları bayrağı altında üzən “Anman” konteyner gəmisi Türkiyənin Ambarlı limanında (İstanbul, Mərmərə dənizi) batıb.
X nəşri “Stratexe” bu barədə sosial şəbəkədə yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, gəmi yüklü olub, lakin yükün balanssızlığı “Anman”ın yan üstə düşməsinə səbəb olub.
İstanbul səlahiyyətlilərinin məlumatına görə, gəmidə olan 15 nəfərlik ekipajın 10-u təxliyyə edilib, beşi isə suya atılaraq özbaşına çıxıb. “Stratexe” həmçinin gəminin limana göndərilməsinin videosunu da nümayiş etdirib.
“Anadolu” agentliyi konteynerlərin bir hissəsinin dənizə düşdüyünü, lakin gəminin ətrafı üzən maneə ilə əhatə olunduğundan “dənizin çirklənməsi riskinin nəzarət altına alındığını” yazır. Sosial şəbəkələrdə hadisənin digər foto və videoları da nümayiş olunub.
//Samir Qurbanov, Editor.az