Türkiyənin Samsun şəhərinin Çarşamba rayonunda 9 yaşlı uşağın idarə etdiyi minik maşını ilə yük maşınının toqquşması nəticəsində 3-ü ağır 5 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Samsunun Çarşamba rayonunda yük maşını Umut rayonu 615-ci küçədə yerləşən şadlıq sarayının dayanacağından çıxan avtomobillə toqquşub.
Qəzada sənədi olmayan sürücü K.A. və avtomobildə olan O.A. və E.A. ağır, D.A. və B.A. O, yüngül xəsarət alıb.
Yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Çarşamba Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ