Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
”Bakuinfo”nun əldə etdiyi məlumata görə, keçirilmiş əməliyyat və aparılan araşdırma çərçivəsində plastik cərrah kimi fəaliyyət göstərmiş Sevinc Heydərova, Vüsal Abdullayev, Elçin Zadanov və Rəfiqə Kərimli saxlanılıb.
**
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
"Bakupost.az"-ın bildirdiyinə görə isə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.