AZ

Almaniya Gürcüstandakı 237 milyon avroluq layihələri DAYANDIRDI

Almaniya Gürcüstan hökumətinin Avropa Birliyinə gedən yolundan dönməsi və etirazların yatırılması səbəbindən Gürcüstanda 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer “X” hesabında yazıb:

“Təəssüf ki, Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanın Aİ yolundan dönməsinə və etirazların yatırılmasına reaksiya verir.

Biz Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyətinə və qanunun aliliyinə dəstək isə qalır”.

Bizim.Media

Seçilən
23
2
bizim.media

9Mənbələr