AZ

Qrenlandiyadan Trampa: Biz satılmırıq!

Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq.

Axar.az xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını şərh edərkən bildirib.

“Biz azadlıq uğrunda uzun sürən mübarizəmizi itirməməliyik”, - baş nazir deyib.

Qeyd edək ki, daha öncə Tramp açıqlamasında ölkəsinin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu bəyan edib.

Seçilən
15
3
sherg.az

4Mənbələr