AZ

"Betis" yeni rekord müəyyənləşdirdi

"Betis" "Rayo Valyekano" ilə matçda xeyriyyə aksiyası keçirib.

Fanat.Az xəbər verir ki, komandanın azarkeşləri fasilə zamanı meydana oyuncaqlar atıblar. 

Ənənəvi tədbir 2018-ci ildən keçirilir və Milad bayramlarının başlanmasına təsadüf edir. Klubun mətbuat xidmətindən bildirilib ki, bu dəfə 20 min oyuncaq toplanıb və bu, rekorddur. Oyuncaqlar uşaqlara paylanmaq üçün ictimai təşkilatlara hədiyyə edilib. 
Əvvəlki rekord 19 min idi, bu, 2021-ci ildə qeydə alınmışdı.

Bundan əlavə, fan zonasında daşqınlardan zərər çəkmiş "Valensiya" uşaqları üçün nəzərdə tutulan daha böyük oyuncaqlar üçün toplama məntəqəsi yaradılıb.

Seçilən
6
fanat.az

1Mənbələr