AZ

"Səbail"in aşağı yaş qruplarından ibarət komandalarına təlim proqramları təşkil edilib

“Səbail” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə “Dopinqə qarşı mübarizə” və “Oyun qaydaları” üzrə təlim proqramları təşkil edilib.

"Report" xəbər verir ki, “ASCO Arena”nın akt zalında baş tutan tədbirdə gənc futbolçulara idmanın əsas bəlalarından olan dopinq və yeni oyun qaydaları mövzularında ətraflı məlumat verilib.

Görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, aidiyyəti üzrə mövzular geniş müzakirə olunmaqla yanaşı, gənc futbolçularla fikir mübadiləsi də aparılıb.

Seçilən
6
3
far.az

4Mənbələr