AZ

Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib

Qrenlandiyanın Baş naziri Mute Egede ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı Danimarkanın muxtar ərazisi olan adanın Amerikanın mülkiyyətinə keçməli olması ilə bağlı bəyanatlarına görə tənqid edib.

“Far.Az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Qrenlandiya bizimdir. Biz satılmırıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəsini uduzmamalıyıq”, - Egedenin bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində bu barədə çağırış edib.

Xatırladaq ki, hələ Trampın ilk prezidentliyi dövründə, 2019-cu ildə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazmışdı. Bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etmişdi.

Seçilən
11
2
far.az

3Mənbələr