AZ

Klubu ilə razılığa gəldi

Nəhayət, Xviça Kvaratsxeliyanın klubundakı gələcəyi böyük ölçüdə müəyyənləşib.

Gürcüstanlı futbolçu “Napoli” ilə yeni müqavilə imzalamağa yaxındı. “Tuttosport” qəzetinin yaydığı xəbərə görə, yeni müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq. Məlumatda Xviçanın maaşının artırılacağı və tərəflərin bu ilin sonunadək sözləşməni yeniləyəcəyi də qeyd edilir.

Kvaratsxeliya “Napoli”də 2022-ci ildən çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Seçilən
5
football-plus.az

1Mənbələr