Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib. Bu barədə şəhərin rəhbəri Svetlana Kambulova Telegram kanalında məlumat verib.
Şəhər rəhbəri sakinləri binaların aşağı mərtəbələrinə və ya zirzəmisinə enməyə, həmçinin pəncərəsiz yer tapıb döşəmədə oturmağa dəvət edib.