AZ

Maqadanda kömək diləyən tacik miqrantlar və...

...Bu arada Tacikistandan olan 10 əməkçi miqrant “Miqrant Media” layihəsinin jurnalisti ilə söhbətində Rusiyanın Maqadan vilayətinin ucqar guşələrindən birində heyvandarlıq fermasında qul kimi istifadə edildiklərindən şikayətləniblər. Onların sözlərinə görə, dözülməz soyuqda ağır iş görsələr də, lazımi yemək və maaş almırlar.

Təsərrüfat sahibi onların pasportlarını götürüb, lakin müəyyən olunmuş qaydada qeydiyyatdan keçirməyib və indi məhkəmə on miqrantdan səkkizini deportasiya etmək qərarına gəlib.

...Gecə işləyirik. Axşam yeddidən səhərə qədər. Fermanın sahibi belarusludur. Artıq üçüncü aydır ki, onunla işləyirik, amma o, bizə pul vermir. Pul soruşanda özündən çıxır.

SİA-nın məlumatına görə, bunu miqrant taciklərdən biri danışır.

...Təsərrüfat sahibinin adı məlumdur. “Miqrant Media” jurnalisti dəfələrlə onunla telefonla əlaqə saxlamağa və mövcud vəziyyətlə bağlı şərhini almağa çalışsa da, bütün cəhdləri uğursuz alınıb.

...Miqrantların dediyinə görə, fermada olduqları ilk gün onun sahibi onların pasportlarını toplayıb və onların fəaliyyətini qanuniləşdirəcəyinə söz versə də, heç nə etməyib.

...Normal yaşayış şəraiti yoxdur, yemək yoxdur. Fermanın yaxınlığında bir neçə ev var, bir otaq icarəyə götürmüşük Artıq üçüncü gündür ki, oturub çay içirik. Səhər və axşam mağazadan alınan köftələr suda qaynadılır - bütün yemək budur. Nə isə alıb yeməyə isə pul yoxdur.

Bunu deyən miqran fermada işlədikləri üç ayda cəmi 20 min rubl aldıqlarını bildirir.

Miqrantlar qul olduqlarını deyirlər və buna görə də Tacikistan hakimiyyətindən kömək istəyirlər. Çünki pasportsuz onlar çölə çıxa və Tacikistana bilet ala bilməzlər.

...və PS: ...Deyirlər, guya adi adamlardan uzaq duran şəxs yalqızdır? Bunu niyə dedim, hə, yadıma düşdü... deyilənlərə görə, Dubayda lüks mənzillər Tacikistanın siyasi elitası arasında da yaman dəbə düşüb. Ona görə də, elə bu yaxınlarda Tacikistan rezidenti Emoməli Rəhmonun nəvəsi Aşraf da metropolun sahilində 1,3 milyon dollar dəyərində üçotaqlı mənzil alıb.

...İndi Maqadanın soyuq “moroz”unda oturub aman diləyən tacik miqranta gəlincə,..yox, gəlin bunu yazmayaq.

Əli Babayev

Seçilən
16
sia.az

1Mənbələr