AZ

"Fənərbaxça" serbiyalı ilə vidalaşıb

"Fənərbaxça" serbiyalı basketbolçu Boban Maryanoviçlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maryanoviç "Fənərbaxça"ya bu ilin sentyabrında qoşulsa da, ümidləri doğrultmayıb. Bağlanılan 1 illik müqavilədə hər iki tərədin onu pozmaqla bağlı hüququ olub. Boban Avroliqada komandanın heyətində 7 oyunda meydana çıxıb və 10,1 xal, 4,9 ribaund və 1,6 ötürməlik nəticə göstərib.

Qeyd edək ki, serbiyalı basketbolçu ötən mövsümün NBA-da "Hyuston Rokets"də keçirib.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr