AZ

Meymunçiçəyindən ölənlərin sayı açıqlandı

2024-cü ilin yanvar-noyabr ayları arasında dünya üzrə 117 663 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub və onlardan 263-ü dünyasını dəyişib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq hesabatında bildirilir.

Yoluxma hallarının əksəriyyəti - 71,2%-i Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikası (KDR), Burundi və Uqandada qeydə alınıb.

Qeyd olunur ki, bu bölgədən kənarda - Avstraliyadan da çoxlu sayda xəstəliyə dair təsdiqlənmiş xəbərlər gəlməyə davam edir.

Seçilən
22
hakimiyyet.az

1Mənbələr