Koreya Respublikası və ABŞ hərbi vəziyyətə görə dayandırılmış diplomatik fəaliyyətlərini bərpa edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər diplomatiya və təhlükəsizlik məsələlərinə həsr olunmuş tədbirləri bərpa etmək qərarına gəliblər.
Bundan əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol və ABŞ-ın dövlət katibi Antoni Blinken qısa zamanda şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.