Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Milad bayramı münasibətilə xalqa müraciətində Maqdeburqdakı hücumdan sonra ölkə sakinlərini birləşməyə çağırıb.
APA xəbər verir ki, bu barədə dövlət başçısının ofisi məlumat yayıb.
Prezident vurğulayıb ki, ağrı və çaşqınlıq hissləri cəmiyyəti iflic etməməlidir.
“Gəlin birləşək!”, - Ştanmayer qeyd edib.