Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz etiraf edib ki, Fələstinin"HƏMAS" qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəninİranda öldürülməsinin arxasında İsrail ordusu dayanıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşrixəbər verib.
"Husilərin strateji hədəflərini vuracağıq və onların liderləriniöldürəcəyik. Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullahlaetdiyimiz kimi, Hudeydə və Sənada da Husi liderləri ilə edəcəyik",- deyə nazir bildirib.
"İndi husilərin terror təşkilatı İsrailə raket zərbələriendirdiyi üçün mən onlara açıq mesaj vermək istəyirəm: biz "HƏMAS"və "Hizbullah"ı məğlub etdik, İranın müdafiə sistemlərini iflicetdik və raket istehsal sistemlərini zədələdik", - deyə İ.Katzəlavə edib. Nazir bildirib ki, İsrail Yəməndəki husilərin terrortəşkilatına da ciddi zərbə vuracaq.