AZ

Bayden ABŞ-nin 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün (1 oktyabrda başlayıb) müdafiə büdcəsini 895 milyard dollar məbləğində təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident 2025-ci maliyyə ili üçün ilk növbədə Müdafiə Nazirliyi və hərbi tikinti proqramları, Enerji Departamentinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayırmaları imzalayıb”, deyə sənəddə qeyd edilir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.

Pentaqona münasibətdə 1,8 min səhifəlik sənədin mətnində yenidən qalıq yanacaqlarla əməliyyatlar aparan qurumlarla, Rusiya Federasiyası hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilə bağlamaq qadağası yer alır.

Sənəd həmçinin Amerika kəşfiyyat qurumlarını Vaşinqtonun Kiyevə silah tədarükünü dayandıracağı və Rusiya Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə ABŞ-nin təhlükəsizliyi üçün riskləri qiymətləndirməyə məcbur edir.

Poliqon.info

Seçilən
23
2
poliqon.info

10Mənbələr