Fillərin fərqli xüsusiyyətlərindən biri onların böyük qulaqlarıdır. Afrika filləri dünyanın ən böyük quru məməlisi olmaqla yanaşı, müasir fillər arasında ən böyük qulaqlara malikdir. Bu qulaqlar fillərin bədən səthinin 20%-ni təşkil edir və ətraf mühitin istiliyinə uyğun təkamül edib.
QHT.az xəbər verir ki, Afrika filləri gündə 25 km-dən 190 km-ə qədər məsafə qət edir və isti iqlim şəraitində yaşayır. Bədənlərinin optimal istiliyi 36 dərəcə Selsi olsa da, ətraf temperatur daha yüksək olur. Fillərin qulaqları nazik dərili və çoxlu qan damarlarına malikdir ki, bu da istiliyi yaymaq üçün təsirli soyutma üsuludur. Alimlərə görə, fillərin qulaqlarından dəqiqədə 12 litr qan keçir, bu da bədən istiliyini sabit saxlamağa kömək edir.
Bədən ölçüsü ilə müqayisədə ən böyük qulaqlara isə Monqolustan və Çin səhralarında yaşayan uzunqulaqlı jerboa malikdir. Onların qulaqları başlarının üçdə bir hissəsinə bərabərdir və onlar da isti şəraitə uyğunlaşma göstəricisi olaraq inkişaf etmişdir.
R.İmanov