AZ

"Barselona"nın ulduzu 20 milyondan imtina etdi

"Barselona"nın və Braziliyanın U-20 yığmasının hücumçusu Vitor Roke karyerasını yenidən vətənində davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Canal P de Porco" yayıb. 

Mənbənin məlumatına görə, "Palmeyras" klubu hazırda "Betis"də icarə əsasında çıxış edən gənc forvard üçün 20 milyon avro və əlavə bonuslar təklif edib.

Lakin futbolçu transferdən imtina edib və mövsümü onu almaq imkanı olan Sevilya klubunda bitirmək niyyətindədir.

Xatırladaq ki, Rokenin “Barselona” ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədədir. Bu mövsümdən “Betis”də çıxış edən 19 yaşlı forvard bütün turnirlərdə 23 oyun keçirib və 6 qol vurub. "Transfermarkt" Rokenin dəyərini 30 milyon avro qiymətləndirir.

Mirağa 

Seçilən
1
fanat.az

1Mənbələr