AZ

Köçəryan Paşinyanın debat təklifindən qaçdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib.

Modern.az xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan eks-prezidentin belə bir debatda iştirak etmək niyyətində olmadığını bildirib.

Baqrat Mikoyan bildirib ki, Köçəryan uzun müddətdir ki, baş nazirin qeydlərini oxumur.

“Müzakirə üçün mübahisəli mövzu olmalıdır”, - deyən Mikoyan bildirib ki, Qarabağın Azərbaycana təhvil verilməsi indiki baş nazirin şəxsi xidmətidir.

“2018-2024-cü illərdə Ermənistanda bütün hakimiyyət bir nəfərə məxsus idi və bütün hadisələrə görə bu şəxs tam məsuliyyət daşıyır. Bu adam indiki baş nazirdir. Heç kim TikTok-un komik personajı ilə ciddi mövzuları müzakirə etməyəcək”.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan dünən sosial şəbəkədəki qeydlərində bildirib ki, 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması istiqamətində gedib.

Paşinyan bununla ittihamları ondan öncə Ermənistana rəhbərlik etmiş eks-prezidentlərə yönəltməyə çalışıb.

“Başqa heç bir məzmunda danışıqlar prosesi olmayıb. Ermənistan Respublikasında yalnız daxili problemlərin həlli üçün digər məzmunla bağlı danışıqlar aparılıb.
Bu kontekstdə mən böyük səhv etmişəm. 2018-ci ildə əvvəllər aparılan danışıqların məzmununa baxaraq, yuxarıdakıları özümə etiraf etməmişəm. Sizə məlum olan vətənpərvərliyimin modeli bunu etməyə imkan verməyib və ona görə də bütün bunları xalqa izah etməmişəm'”, - Paşinyan vurğulayıb.

Seçilən
11
1
modern.az

2Mənbələr