AZ

Eks-prezidentlər Paşinyanla debatdan imtina ediblər

Ermənistanın keçmiş prezidentləri baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı debatdan imtina ediblər.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, intriqaya səbəb Nikol Paşinyanın sosial şəbəkələrdə dərc olunan fikirləri olub.

Həmin yazıda Nikol Paşinyan vurğulayıb ki, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri aparılan danışıqlıarın bir predmeti nolub - Dağlıq Qarabağın Azərbaycana qaytarılması.

Baş nazir vurğulayıb ki, danışıqlar prosesinin başqa məzmunu yox idi və alternativ şərhlərdən yalnız daxili siyasi məqsədlər üçün istifadə edilirdi.

Baş nazirin bu fikirləri ikinci və üçüncü prezidentlərin ofisləri tərəfindən tənqid olunub. Bu tənqidlərdən sonra Nikol Paşinyan ölkənin keçmiş liderlərini “nümayəndələrinin arxasında gizlənməkdə” ittiham edərək, onları birbaşa debata çağırıb. Lakin onlar bu təklifə “yox” deyiblər.

Seçilən
8
herbiand.az

1Mənbələr