İngiltərənin məşhur “Old Trafford” stadionunda qəribə hal yaşanıb. 75 min nəfərlik tarixi arenanı siçan və siçovullar basıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Premiyer Liqanın 17-ci turu çərçivəsində oynanan “Mançester Yunayted” – “Bormunt” matçı zamanı stadionun tamaşaçılar oturan hissəsində xeyli siçan görünməyə başlayıb. Arenanın daxilində dərmanlaşma işləri aparılır.
Qeyd edək ki, “Old Trafford” dünyanın ən böyük və tarixi stadionlarından biridir. 1909-cu ildə inşa edilən stadion “Mançester Yunayted”in simvollarından hesab olunur.
Telegram kanalımız