AZ

"Valensiya" baş məşqçini istefaya göndərdi

"Valensiya" Ruben Baraxanı baş məşqçi postundan uzaqlaşdırıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, çətin qərar nəticələrin mənfi dinamikası nəticəsində qəbul edilib.

Ruben Baraxa "Valensiya"nın əfsanələrindən biridir, o, klubda 10 mövsüm oynayıb və karyerasını "Mestalya"da başa vurub.

O, cari İspaniya çempionatının 17 oyunundan sonra 12 xalla sonuncu olan "Valensiya"ya 2023-cü ildən rəhbərlik edir.

2020-ci ildən sonra "Valensiya" 5-ci baş məşqçini istefaya göndərib.

Seçilən
5
operativmedia.az

1Mənbələr