AZ

Bayden TƏSDİQLƏDİ - 895 milyard dollar AYRILACAQ

ABŞ Prezidenti Co Bayden 2025-ci maliyyə ili üçün rekord məbləğdə müdafiə büdcəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, büdcənin ümumi həcmi 895 milyard dollar təşkil edir və bu, ABŞ tarixində ən böyük müdafiə xərclərindən biri kimi qeydə alınacaq.

Bu büdcə ABŞ ordusunun modernləşdirilməsi, yeni texnologiyaların inkişaf etdirilməsi, hərbi personalın təlim və təminatının gücləndirilməsi, eləcə də qlobal təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzərdə tutulub.

Xüsusilə süni intellekt texnologiyalarının müdafiə sahəsində tətbiqi, hipersəs raket sistemlərinin inkişafı və kibertəhlükəsizlik sahəsindəki xərclərin artırılması prioritet istiqamətlər arasında göstərilir.

Bayden administrasiyası bu büdcənin ABŞ-ın milli təhlükəsizliyini möhkəmləndirəcəyini və ölkənin beynəlxalq müttəfiqləri ilə daha sıx əməkdaşlıq imkanlarını genişləndirəcəyini vurğulayıb. Bununla yanaşı, bu qərar daxildə mübahisələrə səbəb olub; bəzi siyasətçilər belə böyük məbləğin digər sosial və iqtisadi sahələrə yönəldilməsini təklif edirlər.

Musavat.com

Seçilən
5
1
musavat.com

2Mənbələr